BMT Türkiyə məclisində Paris sazişinin qəbul edilməsini alqışlayıb
https://azeri.sahartv.ir/news/dünya-i381865-bmt_türkiyə_məclisində_paris_sazişinin_qəbul_edilməsini_alqışlayıb
BMT Türkiyə məclisində iqlim dəyişikliklərilə mübarizə barədə olan Paris sazişinin qəbul edilməsini alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2021 16:20 Asia/Baku
  • BMT
    BMT

BMT Türkiyə məclisində iqlim dəyişikliklərilə mübarizə barədə olan Paris sazişinin qəbul edilməsini alqışlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, BMT sözçüsü Stefan Ducarrik Türkiyə məclisinin bu addımından razılıq ifadə edib. Deyib ki, bütün ölkələr Paris sazişində müəyyən edilmiş məqsədlərin reallaşması üçün öz səylərini artırmalıdırlar.

O bildirib ki, iyirmilər qrupuna üzv ölkələr iqlim dəyişikliklərilə mübarizə sahəsində öncül olmalıdırlar.

Türkiyə məclisi dünən axşamçağı bu ölkə dövlətinin Paris sazişinin təsdiq edilməsi barədə olan qətnamə layihəsini əksəriyyət səslə qəbul edib.