Əfqanıstandakı terror partlayışı pislənib
-
Əfqanıstandakı terror partlayışı
Bu gün yüzdən çox insan tələfatı və yaralı qoymuş Əfqanıstanın Qunduz şəhərindəki şiə məscidində qanlı terror partlayışı daxili və beynəlxalq səviyyələrdə geniş reaksiya doğurub və pislənibdir.
SəhərAzəri-nin məlumatına əsasən, Pakistanın Əfqanıstandakı səfiri Mənsur Əhmədxan və bir qrup siyasi əfqan şəxsiyyət Qunduz şəhərindəki Seyidabad məscidində partlayış nəticəsində şiə əhlindən olan namazqılanların şəhid olmaları və yaralanmalarından təəssüf ifadə edib və bu partlayışı kəskin tərzdə pisləyibdir.
Pakistanın Əfqanıstandakı səfiri bir tvitt-də yazıb ki, Seyidabad məscidində qılınan cümə namazında namazqılanlardan bir qrupunun şəhid olmasından son dərəcə narahatdır.
Əfqanıstanın keçmiş prezidenti Hamed Kərzay da bir bəyanatda bildirib ki, bu partlayış bütün islami və insani prinsiplərə ziddir və Qunduz, Kabil və Xost partlayışları da daxil olmaqla son partlayışlar Əfqanıstanda sülh və sabitliyin düşmənlərinin işidir.
Əfqanıstan şiə din alimləıri şurasının sədri Ayətullah Salehi-Müdərrisinin ofisi də bir müraciətdə bildiribdir ki; «şübhəsiz, əfqan xalqının düşmənləri xalqımızın dini birliyi və qardaşlığını hədəfə alıblar.»