Amerikada hicabın zorla götürülməsinə qarşı etirazlar artıb
-
hicab
ABŞ mediaları müsəlmanların Nyu-Cersi ştatındakı ibtidai məktəb müəlliminin yeddi yaşlı müsəlman qızın başından zorla hicabı götürməsinə qarşı etirazlarının artmasından xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Ötən illərdə Qərbdə islamofobiyanın dəfələrlə diqqət çəkdiyi bir şəraitdə Nyu-Cersi ştatının Meplvood şəhərində müəllimin bir qız məktəbliniin hicabını götürmək üzrə qeyri-insani hərəkəti böyük etirazlara səbəb olub.
«Set-Buyden» məktəbi müəlliminin qeyri-insani hərəkətini pisləyən yeddi yaşlı Suməyyə Viyatın anası Kassandra Viyat bildirib ki, qızı son dərəcə təşviş və iztiraba düçar olub.
Bu müsəlman ailənin vəkili bildiribdir ki, hər gün olduğu kimi hicablı olan Suməyyə oktyabrın altısında sinif otağında müəlliminin insanlığa sığmayan hərəkətilə üzləşib.