Lavrov ABŞ və AB-nin Belarusa müdaxilə cəhdlərini tənqid edir
https://azeri.sahartv.ir/news/dünya-i382056-lavrov_abŞ_və_ab_nin_belarusa_müdaxilə_cəhdlərini_tənqid_edir
Rusiyanın xarici işlər naziri ABŞ və Avropa Birliyinin Belarusa müdaxilə etmək səylərini tənqid edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 13, 2021 16:05 Asia/Baku
  • Lavrov
    Lavrov

Rusiyanın xarici işlər naziri ABŞ və Avropa Birliyinin Belarusa müdaxilə etmək səylərini tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Millətlər Birliyinin təhlükəsizlik qurumları və kəşfiyyat xidmətləri rəhbərlərinin 17-ci toplantısının əvvəlindəki çıxışında, ABŞ və Avropa Birliyinin Belarusun daxili işlərinə müdaxiləsinin davam etməsinin qəbuledilməz olduğunu bildirib.

Lavrov vurğulayıb ki, yalnız Belarusun xalqı və onların qanuni nümayəndələri konstitusiyası çərçivəsində bu ölkənin gələcəyi ilə bağlı qərar vermək hüququna malikdirlər.