Putin Rusiya qazının Avropaya ixracatının artırılmasına göstəriş verib
Rusiya prezidenti Vladimir Putin Qazprom şirkətinə Avropa ölkələrinə qaz ixracatını artırmaq barədə göstəriş verib.
SəhərAzəri-nin məlumatına əsasən, Putin dünən Rusiyanın şimalında yerləşən Yamal bölgəsinin qaz mənbələrinin istismarına həsr olunmuş virtual iclasda göstəriş verib ki, Qazprom şirkəti Rusiyanın yeraltı qaz anbarlarını doldurduqdan sonra Avropadakı yeraltı qaz anbarlarının qaz həcmini artırsın.
Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının son beş ildə ən aşağı səviyyəyə endiyini dilə gətirən Putin qeyd edib ki, qaz satışı üzrə qısamüddətli müqavilələrdə qazın qiyməti hər min kubmetrdə min dollardan yuxarıda qalmaqda davam edir.
Avropa bazarında qazın qiyməti son həftələrdə hər min kubmetrdə 1500 dollaradək qalxıb.
Enerji bazarının vəziyyətinin olduqca səbatsız olduğunu dilə gətirən Putin bildirib ki, ilk növbədə, bu məsələ Avropa ilə bağlıdır.
Qeyd edib ki, Qazprom şirkəti Amerika qazının Avropa bazarına ixracat çatışmazlığının yerini dolduracaq.
Putin Qərb medialarının Rusiya qazı ixracatının azalmasına dair xəbərlərini yayındırıcı iddia adlandırıb və onu təkzib edib.
Rusiya il boyu Avropa ölkələrinə 130 milyard kubmetr qaz ixrac edir. Bu qazın başlıca hissəsi Ukrayna boru kəməri vasitəsilə tranzit olunur.