Rusiya-ABŞ diplomatik münasibətlər səviyyəsi azalıb
https://azeri.sahartv.ir/news/dünya-i382612-rusiya_abŞ_diplomatik_münasibətlər_səviyyəsi_azalıb
TASS informasiya agentliyi Rusiya-ABŞ diplomatik münasibətlər səviyyəsinin azaldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2021 15:54 Asia/Baku
  • Rusiya-ABŞ
    Rusiya-ABŞ

TASS informasiya agentliyi Rusiya-ABŞ diplomatik münasibətlər səviyyəsinin azaldığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın Rusiya ilə diplomatik münasibətlər səviyyəsini azaltmasına toxunan TASS informasiya agentliyi yazıb ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Moskvanı tərk edib və hazırda Vaşinqtondadır.

Moskva ilə Vaşinqton arasındakı diplomatik gərginlik fonunda qeyd edək ki, son zamanlar bir qrup senator ABŞ prezidenti Co Baydenə məktub göndərib, ondan, üç yüz Rusiya diplomatını Amerikadan qovmasını istəmişdi.

Moskva da onun cavabında xəbərdarlıq etmişdi ki, belə bir hərəkətin nəticələri ABŞ-ın Rusiya ərazisində yerləşən bütün diplomatik məkanlarının bağlanmasına gətirib çıxara bilər.