Putin ABŞ-ın Avropada raket yerləşdirməsinə qəti cavabı vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i382729-putin_abŞ_ın_avropada_raket_yerləşdirməsinə_qəti_cavabı_vurğulayıb
Rusiya prezidenti Vladimir Putin ABŞ raketlərinin Avropada yerləşdirilməsinin Rusiyanın təhlükəsizliyinə böyük təhdid yaratdığını bildirib və ölkəsinin istənilən raket təhdidini dəf edəcəyini söyləyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 01, 2021 18:17 Asia/Baku
  • Putin
    Putin

Rusiya prezidenti Vladimir Putin ABŞ raketlərinin Avropada yerləşdirilməsinin Rusiyanın təhlükəsizliyinə böyük təhdid yaratdığını bildirib və ölkəsinin istənilən raket təhdidini dəf edəcəyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin bazar ertəsi günü Soçi şəhərində Rusiyanın Müdafiə Nazirliyinin rəhbərləri ilə görüşündə deyib: "ABŞ-ın Avropada raket yerləşdirməsi təhlükə yaradır".

O, sözlərinin davamında əlavə edib: "Rusiya strateji bərabərliyi pozan xarici ölkələrə layiqli cavab verəcək.".