ABŞ-da bomba xəbərdarlığı; Universitet bağlanıb
Noy 06, 2021 12:24 Asia/Baku
Bomba təhlükəsi ABŞ-ın Konnektikut ştatında yerləşən "Yale" universitetinin bağlanmasına səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, bu bomba təhdidindən sonra təhlükəsizlik qüvvələri tələbələri "Yale" Universitetinin binasını dərhal tərk etməyə çağırıb.
Hazırda ABŞ təhlükəsizlik qüvvələri universitet binalarına baxış keçirir.
Hələ ki, bomba təhdidi ilə bağlı əlavə məlumat verilməyib.
Son aylarda ABŞ-ın müxtəlif bölgələrində bomba təhdidləri ilə bağlı çoxsaylı məlumatlar yayılıb.
Teqlər