Sionist rejimin vergi məşvərətİ şirkətləri sındırılıb
-
«Musanın əsası» adlı haker qrupu
Bir haker qrupu bir kiberhücumda sionist rejimin vergi məşvərəti şirkətlərini sındırıb.
SəhərAzəri-nin məlumatına əsasən, «Musanın əsası» adlı haker qrupu həmin şirkətlərdən əldə olunan informasiyaları yayıbdır.
Ötən həftə də bu haker qrupu bir neçə dəfə sionist rejimin müxtəlif sistemləri və infrastrukturlarını sındırmış və onların data bazası və informasiyalarını əldə etmişdi.
Qeyd olunan qrup sionist rejimin üç iri mühəndislik şirkətinə kiberhücum və onların məlumatlarını əldə etmişdi. Bu haker qrupunun həmin şirkətlərdən əldə etdiyi məlumatlar,/ layihələr, planlar, müqavilələr, şəkillər, məktublar və videokonfrans görüntülərinə şamil olur.
“Qara Kölgə”(Black Shadow) adlı başqa bir haker qrupu da sionist rejimin “Cyberserve” internet şirkətinin serverlərini sındırdığını, dərhal onları söndürdüyü və informasiya sızdırmaqla hədələdiyini bildirib.