Nigerdə ümumi matəm
Noy 09, 2021 17:11 Asia/Baku
-
Nigerdə ümumi matəm
Niger hökuməti bir ibtidai məktəbdə yanğından və azı 25 məktəblinin həyatını itirməsindən sonra bu ölkədə üç gün ümumi matəm elan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Niger hökumətinin bəyanatında deyilir ki, dünən bu ölkənin cənubunda yerləşən Kaheqli məktəbində yanğın nəticəsində on dörd nəfər də yaralanıbdır.
Yaralılardan beşinin vəziyyəti ağır elan olunubdur.