Liviya seçkilərində sionist rejimin iki seçiminə etiraz
Liviya xalqı bu ölkənin prezident seçkilərində sionist rejimdən dəstək alan feldmarşal Xəlifə Həftarın və Seyfülislam Qəzzafinin namizədliklərinə etiraz olaraq, aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, aksiyalar Tripoli və Misratə şəhərlərində keçirilib. Aksiyaçıların tutduqları plakatlarda Xəlifə Həftar və Seyfülislam Qəzzafinin şəkillərinin altında belə yazılıbmış: «Namizədliyə yox!»
Aksiyaçıların əllərində digər plakatlar da olub. Onların üzərlərində bunlar yazılıbmış: «Əsas qanun olmadan prezident seçkilərinə israr, vətəndaş müharibəsinə çağırış deməkdir!» və «Hərbi hökumətə və hərbi canilərə- yox!»
Ötən bazar günü Seyfülislam Qəzzafi Liviyanın cənubunda yerləşən Səbha şəhərində, ondan bir gün sonra isə Xəlifə Həftar Benqazidə Liviya prezident seçkilərinə namizədliklərini elan etdilər.
Liviya prezident və parlament seçkiləri cari il dekabrın 24-də keçiriləcək.