DB Əfqanıstanın dondurulmuş pullarından 500 milyon dolları azad edəcək
https://azeri.sahartv.ir/news/dünya-i383646-db_Əfqanıstanın_dondurulmuş_pullarından_500_milyon_dolları_azad_edəcək
Məlumatlı mənbələr bildiriblər ki, Dünya Bankı bir təklifi yekunlaşdırmaqdadır. Həmin təklifə əsasən, Əfqanıstan üçün nəzərdə tutulan dondurulmuş yardımlardan 500 milyon dollar azad edilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2021 17:37 Asia/Baku
  • DB
    DB

Məlumatlı mənbələr bildiriblər ki, Dünya Bankı bir təklifi yekunlaşdırmaqdadır. Həmin təklifə əsasən, Əfqanıstan üçün nəzərdə tutulan dondurulmuş yardımlardan 500 milyon dollar azad edilməlidir.

SəhərAzəri-nin məlumatına əsasən,Məlumata əsasən, Dünya Bankının rəyasət heyətinin üzvləri bu gün qeyri-rəsmi surətdə görüşməlidirlər. Bu görüşdə məqsəd, son həftələrdə ABŞ və BMT rəsmilərilə ortaya qoyulacaq təklif barədə müzakirədir.

Dünya Bankının rəyasət heyətinin üzvləri bu pulun Əfqanıstanda humanitar yardımlar üçün azad edilməsi tərzi barədə bir layihə təqdim etməlidirlər.

Təklif Əfqanıstanın bərpası fondundan ümumi dəyəri bir tam onda beş milyard dollar olan vəsaitin səmtinin dəyişdirilməsilə bağlıdır.