Blinkenin İran barədə məşvərəti
https://azeri.sahartv.ir/news/dünya-i383664-blinkenin_İran_barədə_məşvərəti
ABŞ-ın dövlət katibi Latviyanın paytaxtı Riqada İngiltərə, Almaniya və Fransanın xarici işlər nazirlərilə görüşüb və onlarla İran və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2021 09:15 Asia/Baku
  • Blinkenin İran barədə məşvərəti
    Blinkenin İran barədə məşvərəti

ABŞ-ın dövlət katibi Latviyanın paytaxtı Riqada İngiltərə, Almaniya və Fransanın xarici işlər nazirlərilə görüşüb və onlarla İran və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

SəhərAzəri-nin məlumatına əsasən,ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bir bəyanatda bildirib ki, Entoni Blinken İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri Elizabet Trass, Jan İv Le-Drian və Hayko Maasla İranın nüvə proqramı barədəki nigarançılıqlar və İran ilə Amerikanın nüvə anlaşmasına qayıdışı üzrə səylər barədə məşvərət edib.

Bəyanatda tərəflərin İran barədəki danışıqlarının məzmunu haqda artıq detallara işarə edilməyib.

İngiltərə, Fransa və Almaniya hələ ki, bu görüş barədə öz nəzərlərini təqdim etməyiblər.

Bu görüşün fonunda qeyd edək ki, sanksiyaların aradan qaldırılmasına dair müzakirələr noyabrın 29-dan Vyanada başlanıb.

Deyilənlərə görə, Vyana müzakirələrinin başlanması ilə bir zamanda, 25 respublikaçı konqresmen Amerikanın demokrat prezidenti Co Baydenə ünvanladığı məktubda anti-İran bir hərəkətdə bildiribdir ki, İran xalqına qarşı sanksiyaların ləğvinin əleyhinə çıxacaq.

Məktubda sionist rejimlə bir istiqamətdə hərəkət edən bəzi amerikalı rəsmilərin həmişəki ittihamlarının təkrar edilməsilə iddia olunubdur ki, İrana qarşı sanksiyaların götürülməsi Tehranın bütün fəaliyyətlərinə, o sıradan nüvə proqramı, raket qabiliyyətləri, silahların çoxaldılması və bu ölkənin sair səbatsızlaşdırıcı fəaliyyətlərinə baxılmadan həyata keçirilməməlidir.

Amerikanın birtərəfli və məsuliyyətsiz şəkildə nüvə anlaşmasından çıxması və avropalı tərəflərin fəaliyyətsizliyi İranı Vyanada bir zəmanət və razılaşmaya nail olmaq niyyətində olmağa əzmkar etdi ki, qarşı tərəflərin vasitəsilə nüvə anlaşması öhdəliklərinin hər hansı formada pozulması üçün bir kompensasiya nəzərdə tutulmuş olsun.