Miçiqanda orta məktəbdə atışma
-
Miçiqanda orta məktəbdə atışma
Amerikanın Miçiqan ştatında yerləşən bir orta məktəbdə atışma nəticəsində on bir nəfər ölüb və yaralanıb.
SəhərAzəri-nin məlumatına əsasən,Miçiqan ştatında yerləşən orta məktəbdə on beş yaşlı oğlanın yarımavtomat tüfəngdən atəş açması nəticəsində üç nəfər ölüb, səkkiz nəfər isə yaralanıbdır.
Hadisədə ölənlər, on altı yaşlı bir oğlan, həmçinin on yeddi və on dörd yaşlı iki qız olubdur.
Yaralılardan ikisi xəstəxananın cərrahiyə bölməsinə köçürülüb. Altı nəfər isə stabil durumdadır.
Polis bu qənaətdədir ki, bu məktəbin şagirdi olan müttəhim cinayəti təklikdə törədibdir.
O, on beş-iyirmi güllə atdıqdan sonra müqavimət göstərmədən həbs edilib.
Müttəhim polisə bir şeyi açıb deməyib. O, valideynlərinin polis qarşısında sükuta dair tövsiyələrindən sonra vəkilə malik olmaq kimi haqqının icra edilməsini istəyib.
Bəzi məlumatlara görə, virtual medialarda bu məktəbdə ehtimal olunan təhlükə haqda bəzi məktəblilərə öncədən xəbərdarlıq edilsə də polis onları təsdiq olunmamış şayiələr adlandırmışdı.
Bu, Amerika məktəblərində ən yeni atışma hadisəsidir. Böyük ehtimala qarşı, bu hadisə zehni sağlamlığın qorunması və silaha nəzarət üstündəki bəhslərə rəvac verəcək.
Amerikanın bir çox ştatları alıcıların zehni pozğunluqlarına məhəl qoymadan silaha azad əlçatanlıq icazəsi verir.