Amerikalı gənclərin yarısı ABŞ demokratiyasını uğursuz adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i383793-amerikalı_gənclərin_yarısı_abŞ_demokratiyasını_uğursuz_adlandırıb
Bir rəy sorğusunun nəticələrinə əsasən, amerikalı gənclərin yarısı ölkəsindəki demokratiya durumundan nigarandır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2021 17:32 Asia/Baku
  • Amerika
    Amerika

Bir rəy sorğusunun nəticələrinə əsasən, amerikalı gənclərin yarısı ölkəsindəki demokratiya durumundan nigarandır.

SəhərAzəri-nin məlumatına əsasən, «Harvard Kennedi» universitetinin tabeliyində olan «Politiks» institutu tərəfindən 18-29 yaşlar arasında olan amerikalı gənclər arasında aparılan rəy sorğusu göstərdi ki, amerikan demokratiyanın sağlamlıq durumu qarşısında demokratları himayə edən gənclərlə respublikaçılara dəstək verən gənclərin baxışlarında nəzərəçarpacaq fərq olub.

Rəy sorğusunda iştirak edən 2109 amerikalının əlli iki faizi Amerikanı uğursuz qalmış və problemlə üzləşmiş bir demokratiya adlandırıb. Otuz dörd faiz onu sağlam və ya müəyyən qədər faydalı adlandırıb, on üç faiz isə «bilmirəm» seçiminə üstünlük verib.

Həmçinin rəy sorğusuna əsasən, ABŞ prezidenti Co Baydenin reytinqi bu ölkə gəncləri arasında qırx altı faizə enib. Rəy sorğusunda iştirak edən gənlərin əksər hissəsi Baydenin, həmçinin konqresin respublikaçıları və demokratlarının fəaliyyətlərinin nəticələrinə qarşı çıxıb.