ABŞ hökuməti Pekin olimpiya oyunlarına nümayəndə göndərməyəcək
-
Pekin olimpiya oyunları
Ağ Ev-in sözçüsü Cen Psaki bildirib ki, Ameirka hökuməti 2022-ci ildə keçiriləcək Pekin qış olimpiya oyunlarına heç bir rəsmi və ya diplomatik nümayəndə göndərməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Ağ Ev-in sözçüsü yerli vaxtla bazar ertəsi günü jurnalistlərlə müsahibədə Vaşinqtonun hərəkətini əsaslandırmaq üçün iddia edib ki, bu addım Çinin "Tsin Kiyan" əyalətində bəşəriyyətə qarşı cinayətlər və soyqırımı törətməsinin davam etməsinə görə atılır.
Pekin qış olimpiya oyunları 2022-ci il fevralın dördündən 20-dək, ondan sonra isə paralimpiya oyunları keçiriləcək.
Son illər ABŞ ilə Çin arasındakı gərginliklər son dərəcə artıb. Buna, müxtəlif məsələlər, o sıradan Honq-Konq və Tayvan məsələləri, Tramp hökumətinin korona pandemiyasının mənşəyi barədə Pekinə ittiham vurması kimi məsələlər bais olubdur.
ABŞ hökuməti "Tsin Kiyan" əyalətində uyğurların hüquqlarının pozulduğunu iddia edir. Pekin rəsmiləri kəskin tərzdə onu rədd edir və deyirlər ki, Amerika "Tsin Kiyan" əyalətində müsəlmanlara dəstək ədasını çıxarmaq yerinə, İraq və Suriyada müsəlmanların qırğınından əl çəksin.