ÜST-ün tövsiyəsi
-
ÜST-ün tövsiyəsi
Ümumdünya Səhiyyə Təşkilatı koronaya yoluxmuş şəxslərin müalicəsində sağalmış korona xəstələrinin qan plazmalarından istifadə haqda xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatı dünən bu xəbərdarlıqla bildiribdir ki, bu hərəkət nə xəstələrin sağ qalmaları ehtimalının artmasına səbəb olur, nə də ki, onlarda oksigen aparatına ehtiyacı azaldır.
Plazmadan istifadə fərziyyəsi bundan ibarətdir ki, onda mövcud olan anticisimlər koronanı zərərsizləşdirə, onun çoxalmasına mane ola və toxumanın pozulmasını dayandıra bilərlər.
Amma bir neçə araşdırma göstəribdir ki, koronaya kəskin tərzdə yoluxmuş xəstələrin müalicəsində plazmadan istifadədə heç bir məziyyət mövcud deyil.
“Britiş Medikal Cournal”da dərc olunan bu tövsiyə zəif, şiddətli və böhranlı həddə koronaya yoluxan on altı min 236 xəstə üzərində aparılmış on altı testə əsaslanıbdır.