BMT bir daha Venesuela hökumətini rəsmən tanıdı
Dek 07, 2021 16:00 Asia/Baku
-
Samuel Monkada
Venesuelanın BMT-dəki səfiri deyib ki, bu beynəlxalq orqan yenidən Venesuela hökumətinin legitimliyinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən,Samuel Monkada bildirib ki, bu beynəlxalq orqan bazar ertəsi günü Venesuelanın yeganə qanuni nümayəndəsi kimi bu ölkənin prezidenti Nikolas Maduronun hökumətinin etimadnaməsini təsdiq edib.
Monkada əlavə edib ki, BMT-nin Venesuela hökumətinin legitimliyinə yenidən təkid etməsi Amerikanın müstəmləkəçilik hücumlarına qarşı böyük bir qələbədir.