Dek 08, 2021 13:04 Asia/Baku
  • Blinken
    Blinken

ABŞ-ın dövlət katibi çərşənbə axşamı günü bir müsahibədə deyib ki, Vaşinqtonun Birgə Əhatəli Fəaliyyət Planından çıxması olduqca böyük bir səhv idi.

SəhərAzəri-nin məlumatına əsasən, yenə də inanırıq ki, diplomatiya İranın nüvə problemininin həlli üçün ən yaxşı yoldur- «Uolstrit Journal»a müsahibə verən Entoni Blinken belə deyib.

ABŞ-ın dövlət katibi vurğulayıb ki, İranın Birgə Əhatəli Fəaliyyət Planındakı öhdəliklərinə qayıdışı üzrə fürsət sonsuz qalmayacaq.

Amerika dövlət katibinin ölkəsinin nüvə anlaşmasından çıxmasından peşmançılıq ifadə etməsi zəminində qeyd edək ki, ABŞ-ın hazırkı hökuməti bu ölkənin keçmiş hökumətinin İrana qarşı maksimum təzyiq siyasətini qoruyub saxlayıb və 2015-ci il nüvə anlaşmasını bərpa etmək üçün Donald Trampın prezidentliyi dövründə və ondan sonra İran əleyhinə tətbiq edilmiş bütün sanksiyaları götürməyə hazır deyildir.

 

Teqlər