Hazırkı vaksinlər omikron qarşısında müqavimətlidirlər
https://azeri.sahartv.ir/news/dünya-i383884-hazırkı_vaksinlər_omikron_qarşısında_müqavimətlidirlər
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, hazırkı vaksinlərin omikron ştammı qarşısında müqavimətli olmaları haqda tərəddüd etməyə heç bir dəlil yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2021 10:13 Asia/Baku
  • Ümumdünya Səhiyyə Təşkilatı
    Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, hazırkı vaksinlərin omikron ştammı qarşısında müqavimətli olmaları haqda tərəddüd etməyə heç bir dəlil yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, Təşkilat çərşənbə axşamı günü axşamçağı əlavə edib ki, hazırkı peyvəndlər omikron ştammı qarşısında xəstələri qorumaq üçün faydalıdırlar.

Ümumdünya Səhiyyə Təşkilatının təcili yardım şöbəsinin müdiri Maykl Rayan bu haqda bunları söyləyib: Bizim ixtiyarımızda çox faydalı və işlək vaksinlər var. Onlar koronavirusun müxtəlif ştammları qarşısındakı qüdrət və qabiliyyətlərini göstəriblər.

Ümumdünya Səhiyyə Təşkilatının bu rəsmisi qeyd edib ki, bu peyvəndlər hətta sərt ştammlar qarşısında da müqavimətlidirlər və bu barədə tərəddüd üçün heç bir səbəb yoxdur.

Maykl Rayanın sözlərinə görə, indiyədək müşahidə olunmuş ümumi rəftar və reaksiyalar, xəstəliyin şiddətinin artdığını göstərmir. Əslində Cənubi Afrikanın bəzi bölgələrində olduqca zəif əlamətlər xəbər verilibdir.