Müzakirələrdə sürətlə irəliləyək
-
Əmir-Abdullahiyan
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyir ki, İranın xarici işlər nazirilə telefon əlaqəsində Vyana müzakirələrində daha sürətli hərəkətin vacibliyinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Cozep Borrel dünən gecə bir tvitter mesajında yazıb ki; bu gün Vyanada Birgə Əhatəli Fəaliyyət Planı müzakirələrinin növbəti raundu ərəfəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla danışdım.
Mən bu təcillik hissini bəyan etdim ki, anlaşmanı geri qaytarmaq üçün müzakirələrdə daha sürətlə irəliləməliyik- deyə, Borrel qeyd edib.
Amerikanın İrana qarşı sanksiyalarının aradan qaldırılması üzrə İran ilə dörd üstəgəl bir qrupu arasındakı müzakirələrin yeni raundu ötən həftə Vyanada keçirildi və İran qarşı tərəfə nüvə məsələsi və sanksiyaların aradan qaldırılması barədə iki sənəd təqdim etdi.
Avropalı tərəflərin bu iki sənəd barədə öz paytaxtları ilə məşvərət üzrə xahişlərinə əsasən, qərara alındı ki, danışıqlara bir tənəffüs verilsin və dialoqlar bu həftə bərpa edilsin.