ABŞ-da inflyasiya və xərclərin artması böhranı
-
ABŞ
Son rəy sorğusunun nəticələri göstərir ki, Amerika xalqı gündəlik xərclərin artması və inflyasiyanın yüksəlməsindən son dərəcə nigarandır.
SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın Oreqon ştatının Monmut şəhərində yerləşən Qərbi Oreqon Universitetinin rəy sorğusuna əsasən, respondentlərin on beş faizi öz gündəlik hesabını ölkədəki ən mühüm nigarançılıq hesab edir. Respondentlərin on dörd faizi isə inflyasiyanı əsas nigarançılıq kimi irəli sürür.
Qərbi Oreqon Universitetinin müstəqil rəy sorğusu institutunun direktoru Patrik Mori deyib ki, xərclərin artması və inflyasiyanın yüksəlməsi barədə nigarançılıq Amerikadakı son bəhslərin əsas mövzusunu təşkil edir.
İnflyasiya və yüksək xərclərlə bağlı narahatlıq ifadə edən şəxslərdən əlavə, respondentlərin qırx altı faizi Amerika iqtisadiyyatındakı hazırkı şəraitdə federal hökuməti müqəssir sayır. Bu, respondentlərin Birləşmiş Ştatların federal hökumətinə qarşı ən yüksək məzəmmət səviyyəsidir.
İqtisadi ekspertlərin sözlərinə görə, Baydenin reytinqinin aşağı düşməsi, potensilal şəkildə, bütün ölkədə amerikalıları təsir altına alan inflyasiya və qiymətlərin artması da daxil olmaqla iqtisadi problemlərdən irəli gəlir.