Baqiri Vyanada bir sıra görüşlər keçirib
https://azeri.sahartv.ir/news/dünya-i383928-baqiri_vyanada_bir_sıra_görüşlər_keçirib
İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri dünən gecə Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın iclasından sonra Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Enrike Mora və Avropa üçlüyünün müzakirə heyətlərinin başçıları ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2021 08:35 Asia/Baku
  • Vyana
    Vyana

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri dünən gecə Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın iclasından sonra Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Enrike Mora və Avropa üçlüyünün müzakirə heyətlərinin başçıları ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, görüş, İrana qarşı sanksiyaların ləğvi məqsədilə İran ilə dörd üstəgəl bir qrupunun müzakirələri çərçivəsində Vyanada aparılan cari məşvərətlərin davamında keçirilib

İranın baş müzakirəçisi Əli Baqiri həmçinin nüvə anlaşması üzrə birgə komissiyanın iclasından öncə Rusiya və Çin heyətlərinin sədrlərilə üçtərəfli iclasda iştirak edib.

Baqiri Enrike Mora ilə də ikitərəfli görüş keçirib.

Nüvə anlaşması üzrə birgə komissiyanın iclası İran və dörd üstəgəl bir qrupu heyətlərinin, həmçinin Avropa Birliyi nümayəndəsinin iştirakı ilə Vyananın Kuborq otelində keçirilib.

Tərəflər bu iclasda danışıqların davam etdirilməsi tərzi ətrafında fikir mübadiləsi aparıblar.

İclasda İranın təkliflərinin əsaslarını şərh edən Əli Baqiri İran İslam Respublikasının danışıqlardakı ciddiliyi və xoşməramlılığına təkid edib.

Mətnlər barədəki danışıqların müxtəlif səviyyələrdə davam etdirilməsi qərara alınıb.

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini iclasdan sonra iclasın atmosferini ötən həftəki müzakirələrdən daha müsbət dəyərləndirib. Bildirib ki, digər tərəflərə elan olunmuş mövqelər müzakirələrdə iranlı heyətin yol xəritəsi olacaq.

Danışıqların hazırkı mərhələsində İranın müzakirə heyəti ciddi real təşəbbüsdə “zalımcasına sanksiyaların ləğvi” və “nüvə məsələsi” kimi iki mövzu formasında öz təklif mətnlərini qarşı tərəfə təqdim edib.