Kabildə daha bir jurnalist döyülüb
https://azeri.sahartv.ir/news/dünya-i384045-kabildə_daha_bir_jurnalist_döyülüb
Əfqanıstanın paytaxtı Kabildə daha bir jurnalist taliblər tərəfindən döyülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2021 12:02 Asia/Baku
  • Kabil
    Kabil

Əfqanıstanın paytaxtı Kabildə daha bir jurnalist taliblər tərəfindən döyülüb.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstan Jurnalistlər Birliyinin rəsmiləri bir bəyanat yayaraq, bildiriblər ki, Taliban hakimiyyətə gəldikdən sonra jurnalistlərə qarşı 35-dən çox zorakılıq faktı qeydə alınıb.

"Ava" xəbər agentliyinin məlumatına görə, "Kabul Times" qəzetinin müxbirinin Kabildə taliblər tərəfindən döyülməsindən sonra Əfqanıstan Jurnalistlər Birliyinin rəsmiləri ölkədə medianın vəziyyətinin nigaranedici olduğunu bildirirlər. 

"Kabul Times"ın müxbiri Seyid Raşid Kaşifi iddia edib ki, o, iki gün əvvəl mərkəzi siloda yardım paylama proqramını işıqlandırarkən, taliblər tərəfindən döyülüb. Kaşifi AVA-ya bildirib ki, o, bir neçə saat saxlanılıb, sonra alçaldıcı şəkildə sərbəst buraxılıb. Kaşefinin sözlərinə görə, Taliban onun maqnitofonunu və mobil telefonunu müsadirə ediblər.