Rusiya Avropada ortamənzilli nüvə raketləri yerləşdirə bilər
https://azeri.sahartv.ir/news/dünya-i384071-rusiya_avropada_ortamənzilli_nüvə_raketləri_yerləşdirə_bilər
Rusiya Avropada ortamənzilli nüvə raketləri yerləşdirməsi ehtimalından xəbər verib. Vurğulayıb ki, bu addım NATO-nun elə bu hərəkət üzrə planlarına cavab olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2021 07:58 Asia/Baku
  • Sergey Ryabkov
    Sergey Ryabkov

Rusiya Avropada ortamənzilli nüvə raketləri yerləşdirməsi ehtimalından xəbər verib. Vurğulayıb ki, bu addım NATO-nun elə bu hərəkət üzrə planlarına cavab olacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, əgər NATO Rusiyaya qarşı bu hərəkətdən imtina etməzsə, Moskva ortamənzilli nüvə raketləri yerləşdirmək məcburiyyətində qalacaq.

Rybakovun sözləri Rusiyanın Qərbdən təhlükəsizlik zəmanətləri istədiyi zamanda şərq-qərbdə gərginliklərin şiddətlənməsilə nəticələnib.

Belə bir halda, Amerika və müttəfiqləri qüvvələrini Ukrayna sərhədlərində yerləşdirməsilə bağlı Rusiyaya geri oturmaq barədə xəbərdarlıq ediblər.