Quterreş anti-İran sanksiyalarının ləğvinə təkid edib
https://azeri.sahartv.ir/news/dünya-i384076-quterreş_anti_İran_sanksiyalarının_ləğvinə_təkid_edib
BMT baş katibi təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinin icra prosesini alqışlayıb, Amerikanın İrana qarşı birtərəfli nüvə sanksiyalarının götürülməsi və İranın nüvə anlaşmasının iqtisadi məziyyətlərindən bəhrələnməsi vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2021 11:03 Asia/Baku
  • Antonio Quterreş
    Antonio Quterreş

BMT baş katibi təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinin icra prosesini alqışlayıb, Amerikanın İrana qarşı birtərəfli nüvə sanksiyalarının götürülməsi və İranın nüvə anlaşmasının iqtisadi məziyyətlərindən bəhrələnməsi vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreş ötən həftə təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinin icrası haqda on ikinci hesabatını bu günkü iclasda araşdırılmaq üçün şuraya təqdim edib.

Bu hesabatda son illər nüvə anlaşması məsələsindəki çətinliklərə işarə edən BMT baş katibi yenə də bu anlaşmanı çoxtərəfli diplomatiya və İranın nüvə məsələsinin həlli üçün ən yaxşı seçim adlandırıb.

Quterreş öz hesabatında aprel ayından iyun ayınadək aparılmış danışıqlar formasındakı diplomatik fəaliyyətləri, həmçinin bütün tərəflərin nüvə anlaşmasına uyğun öhdəliklərinə qayıdışı üzrə birgə komissiyanın son iclaslarını alqışlayıb, tərəflər arasında yaxın və təsirli həmkarlığın edilməsi üzrə ərizə təqdim edib.