Dek 15, 2021 14:37 Asia/Baku
  • İngiltərə Parlamenti
    İngiltərə Parlamenti

İngiltərə Parlamentinin bir komitəsi bu gün internet xidmətləri ilə bağlı sərt bir qanun layihəsi haqda öz hesabatını yayımlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sözü gedən komitə qeyri-qanuni məzmuna qarşı mübarizəni daha da gücləndirmək üçün bir sıra tövsiyələr verib. Bu komitə təxminən ilin yarısını hökumətin uşaqların təhlükəsizliyini qorumaq üçün mərkəzləşdirilmiş bir çərçivədən istifadə edərək, İnternet xidmətlərini tənzimləmək üçün mübahisəli planını araşdırmağa sərf edib. 

İngiltərə hökumətinin bu komitənin hesabatına cavab vermək üçün iki ay vaxtı var. Komitə texnoloji nəhənglərini dərc etdikləri və pul qazandıqları məzmunlara görə məsuliyyətə cəlb etməyə yönəlmiş qanunların icrası üçün hökumətin təzyiqini geniş şəkildə dəstəkləyib.

Komitənin bəyanatının bir hissəsində deyilir: "İngiltərə Parlament Komitəsi yekdilliklə belə qənaətə gəlib ki, biz virtual mühitdə Vəhşi Qərb atmosferinin mövcudluğu problemini həll etməliyik. Oflayn mühitdə qeyri-qanuni olanlar onlayn mühitdə də qanunvericiliyin hədəfində olmalıdır.

Teqlər