İngiltərə dünyada omikronun mərkəzidir
İngiltərə koronavirusun omikron ştammına iki yüz min yoluxma ilə Cənubi Afrikanı ötüb keçib və dünyada omikronun mərkəzinə çevrilibdir.
SəhərAzəri-nin məlumatına əsasən, «Forçun» informasiya saytı bir reportajda «İst Anqliya» universitetinin müəllimi, professor Pavel Hanterə istinadla yazıbdır ki, omikron İngiltərədə Cənubi Afrikadan sürətlə yayılıbdır.
İngiltərənin səhiyyə nazirliyi də bazar ertəsi günü bildiribdir ki, COVID-ə yeni yoluxmaların iyirmi faizi omikrondan irəli gəlir; bu miqdar Londonda 44 faizə çatır və çərşənbə gününədək Londonda üstün ştamm, omikron olacaq.
İngiltərə milli səhiyyə və müalicə təşkilatı da omikronu milli səviyyədə olan bir təhdid adlandırıb.
Təşkilat bu həftə bildiribdir ki, İngiltərə xəstəxanaları iki yüz min xəstəni qəbul etməyə hazır olmalıdırlar və xəstəxanada qalmaları vacib olmayan xəstələr evə buraxılmalı, qocalar evlərinə, xəstələri və əlilləri mühafizə mərkəzlərinə, otellərə və ya öz evlərinə göndərilməlidirlər.
Təşkilat həmçinin bildiribdir ki, hərbçilər vaksinasiyanın sürətlənməsi məqsədilə fəal olacaqlar.