ABŞ-da çevriliş və vətəndaş müharibəsi haqda xəbərdarlıq
-
ABŞ-da çevriliş
Ehtiyatda olan bir neçə amerikalı general xəbərdarlıq edibdir ki, 2024-cü ildə Amerikada çevriliş ordunu dağıda və bu ölkəni vətəndaş müharibəsinə daxil edə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın üç sabiq yüksək rütbəli hərbçisi yazıbdır ki, konqres qiyamının birinci ildönümünün yaxınlaşması ilə 2024-cü il prezident seçkilərinin sonrakı nəticələri və bütün amerikalıları ciddi təhlükə qarşısında qoyacaq «orduda təhlükəli hərc-mərcliyin baş verməsi» ehtimalı sahəsində böyük nigarançılıq mövcuddur.
Bu generallar xəbərdarlıq ediblər ki, əgər ordunun üzvləri dövləti devirmək istəyən şəxslərlə birləşərlərsə, sonrakı çevriliş olduqca faciəli olacaq.
Amerikanın bu üç sabiq hərbçisi qeyd edibdir ki, vəziyyət yaxşılaşmadan, ictimai və ya siyasi dağılmanı əks etdirən orduda dağılma ehtimalı son dərəcə real görünür.
Konqres binasına hücumda veteran əsgərlərdən və hətta hazırda fəaliyyət göstərən hərbçilərdən nigaranedici sayda hərbçi iştirak edib və əgər digər bir qiyam baş verərsə, komandanlıq halqasının tam şəkildə məğlubiyyəti potensialı mövcuddur.