Dünyada koronaya yoluxma rekordu sınıb
https://azeri.sahartv.ir/news/dünya-i384598-dünyada_koronaya_yoluxma_rekordu_sınıb
Dünya yeddigünlük bir dövrdə koronaya yoluxanların sayı baxımından rekorda çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2021 08:46 Asia/Baku
  • koronaya yoluxma rekordu
    koronaya yoluxma rekordu

Dünya yeddigünlük bir dövrdə koronaya yoluxanların sayı baxımından rekorda çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Belə ki, dekabrın 22-dən 28-dək gündə orta hesabla 935 min haldan çox yoluxma halı qeydə alınıb.

Dünyada omikron ştammlı koronanın yayılması yüksəlib və yeni rekordlar vurubdur.

Ölkələr bu ştammı aradan qaldırmaq üçün bəzi məhdudiyyətləri şiddətləndiriblər. Onlar gücləndirici dozalarla vaksinasiyanın həyata keçirilməsini istəyiblər.

2019-cu ilin sonunda virusun ilk təzahürü zamanından bəri ən yüksək göstərici olan bu rəqəm hər ölkədə səhiyyə rəsmiləri tərəfindən verilən gündəlik məlumatlara əsaslanır.