Yan 05, 2022 13:03 Asia/Baku
  • ABŞ Konqresi
    ABŞ Konqresi

Vaşinqtonun şəhər polisi bu şəhərdə Konqres binasına hücumun birinci ildönümü ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Araşdırmaların nəticələri, keçən il Konqres binasının mühafizə komandasının təhlükəsizlik və mühafizə sektorunda uğursuz olduğunu və bu uğursuzluqların etirazçıların Konqres binasına hücumuna səbəb olduğunu göstərdikdən sonra, bu il hücumun birinci ildönümündə binanın mühafizə komandası təhlükəsizlik tədbirlərini gücləndirmək üçün 90-dan çox təhlükəsizlik tövsiyəsini həyata keçirir.

Həmçinin, Atlantik Şuranın araşdırmasına görə, radikal sağçıların təhlükəsi bütün ABŞ-da kəskin şəkildə genişlənməkdədir. Araşdırmaya görə, 2021-ci il yanvarın 6-da ABŞ Konqresi binasına hücum zamanı radikal sağçıların repressiya edilməsi bu təhlükənin bütün ABŞ-a yayılmasına təkan verib. 

Araşdırmaya görə, radikal sağçıların sosial şəbəkələrdə fəaliyyəti də ekstremizm riskini artırıb.

Teqlər