Ermənistan, Tacikistan və Qırğızıstandan olan
KTMT hərbçiləri Qazaxıstanı tərk ediblər
Ermənistan və Tacikistandan olan KTMT sülhməramlıları Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının dörd təyyarəsi ilə Qazaxıstanı tərk ediblər.
SəhərAzəri- RİA Novosti-yə istinadən xəbər verir ki, İl-76 təyyarələri Almatı hava limanından havaya qalxıb.
Elə bu gün səhər Qırğızıstan silahlı qüvvələrinin bölmələri də evlərinə getdilər. Lakin onlar təyyarələrlə deyil, yerüstü nəqliyyatla yola düşüblər.
KTMT-nin Qazaxıstanda keçirilən sülhməramlı əməliyyatında Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan kontingentləri iştirak edib.
Qeyd edək ki, dünən axşam saatlartında Qazaxıstanda sülhməramlı missiyanı yerinə yetirən Rusiya desantçıları da öz daimi bölmələrinə qayıtmağa başlayıblar.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edildi. Bu vəziyyətin ardınca Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rəsmi çağırışı ilə KTMT qüvvələri bu ölkəyə yerləşdirildi.