Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı elan edilib
https://azeri.sahartv.ir/news/dünya-i385116-qazaxıstandakı_iğtişaşlarda_ölənlərin_sayı_elan_edilib
Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 16, 2022 08:27 Asia/Baku
  • Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı elan edilib

Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, şənbə günü keçirdiyi brifinqdə Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev bildirib ki, iğtişaşlar nəticəsində 225 nəfər ölüb.

"Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına çatdırılıb", - S. Şalabayev bildirib.

Prokuror əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var. Açıqlamada ölüm hallarının səbəbləri barədə məlumat verilməyib.