Sanders: "Amerikanın siyasi sistemi saxtadır"
ABŞ-ın Vermont ştatının senatoru namizədlərin zəngin insanlar tərəfindən maliyyələşdirilməsi haqqında qanunu sərt tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Berni Sanders bir tvitdə yazıb: "Saxta bir iqtisadi və siyasi sistem, milyarderlərin son seçkilərdə siyasətçiləri almaq üçün seçkiqabağı təşviqat kampaniyaları zamanı 1,2 milyard dollar xərclədiyi, pandemiya zamanı isə daha da zınginləşdiyi və tibb bacılarından daha az vergi ödədiyi sistemdir.
ABŞ-ın Vermont ştatının senatoru əlavə edib: "Biz Citizens United-i yəni namizədlərin vətəndaşlar tərəfindən maliyyələşdirilməsinə icazə verən qanunu ləğv etməliyik.
Qeyd edək ki, Citizen United qanununa əsasən, Fiziki və hüquqi şəxslər yerli və federal namizədləri asanlıqla maliyyələşdirə bilərlər.
Bu addım zəngin amerikalıların öz məqsədlərinə çatmaq üçün siyasətçiləri satın almaq cəhdlərinin bir hissəsidir.
Bernie Sanders bu yaxınlarda dedi ki, Amerikada zənginlərin gözlənilən ömür uzunluğu yoxsullara nisbətən təxminən 15 il çoxdur.
Vermont ştatının müstəqil senatoru əlavə edib: "Milyarder direktorların və onların lobbiçilərinin hərisliyi və artıqtamahlığı qarşısında dayanmaq üçün cəsarətimiz olmalıdır. Milyonlarla insan bu sosial bərabərsizlikdən əziyyət çəkir, eyni zamanda, zənginlər həmişəkindən daha yaxşı vəziyyətdədirlər".
On milyonlarla amerikalının yoxsulluq, evsizlik və aclıq baxımından fəlakətli vəziyyəti, tibbi xidmət haqqını ödəyə bilməməsi dünyanın ən qabaqcıl kapitalist ölkəsi olduğunu iddia edən bir ölkədə əsaslı bir qarışıqlığın göstəricisidir.