Beynəlxalq Amnistiya Təşkilatı İsraili ittihamlandırıb
“İsrail aparteid rejimidir”
-
sionist
Beynəlxalq Amnistiya Təşkilatı sionist İsrail rejimini irqi və dini ayrı-seçkiliyə yol verən "aparteid" rejimi adlandırıb
SəhərAzəri-nin məlumatına əsasən, mərkəzi Britaniyada yerləşən təşkilatın insan haqqları üzrə ixtisaslşan qrupu İsrailin Fələstin torpaqlarını və mülklərini ələ keçirməsi, qeyri-qanuni qətllər, məcburi köçürmələr və vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı 211 səhifəlik hesabat hazırlayıb.Hesabatda deyilir ki, İsrail ərəb vətəndaşlarına, işğal olunan ərazilərdə, xaricdə yaşayan, ümumiyyətlə Tələvivin təsir dairsi olan hər yerdə fələstinlilərə qarşı zülm və hökmranlıq sistemi tətbiq edib.Hesabatda daha sonra vurğulanır ki, 1967-ci ildə Yaxın Şərq müharibəsində işğal olunmuş ərazilərdə fələstinlilərin hüquqları məhdudlaşdırılıb, İsraildəki Fələstin icmalarına az sərmayə qoyulub və fələstinli qaçqınların geri qayıtmasının qarşısı alınıb.