Oxsfam: "Məarib döyüşü 100 min yəmənlini didərgin salıb"
Fev 09, 2022 09:14 Asia/Baku
-
Oxsfam
Beynəlxalq xeyriyyə təşkilatı Oxfam bildirib ki, Yəmənin strateji əhəmiyyətli Məarib şəhəri üzərində bir ildir davam edən döyüşlər 100 minə yaxın insanı didərgin salıb.
SəhərAzəri-nin məlumatına əsasən, "Associated Press" xəbər agentliyinin məlumatına görə, Oxsfam-ın Yəməndəki direktoru Möhsün Seddiqi deyib: "Bu sərt xəbərdarlıq Məarib üzərində döyüşlərin Yəməndə bu ölkənin başqa yerlərindəki döyüşlərdən dəfələrlə qaçan köçkünlərin onsuz da ağır humanitar vəziyyətini necə pisləşdirdiyini vurğulayır.
Möhsün Seddiqi qeyd edib ki, bir vaxtlar sakitlik vahəsi kimi təsvir edilən yerə sığınan adi insanlar uzun sürən münaqişədə yan təsirlərin hədəfinə çevriliblər".