Vyana danışıqlarının 8-ci raundu davam edir
-
Vyana danışıqları
Vyana danışıqlarının səkkizinci raundunun ikinci günündə İran və P4+1 qrupu və Avropa İttifaqının nümayəndəsi arasında məsləhətləşmələr davam edir.
SəhərAzəri-nin məlumatına əsasən, Dekabrın 27-də başlayan İran və 4+1 qrupu və Avropa İttifaqının nümayəndəsi arasında qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqların səkkizinci raundu cümə günü, yanvarın 28-də tərəflər arasında əldə olunmuş razılaşmya əsasən, bir neçə gün müddətinə dayandırıldı və müzakirə heyətləri siyasi qərarlar qəbul etmək üçün paytaxtlarına geri döndülər.
Nümayəndə heyətlərinin böyük əksəriyyəti bəzi məsələlərin mürəkkəbliyinə baxmayaraq, danışıqların irəlilədiyini etiraf edirlər.
İran İslam Respublikası vurğulayır ki, qarşı tərəf sanksiyaların ləğvinə nə qədər ciddi hazır olsa və İranın sanksiyaların aradan qaldırılması üçün nəzərdə tutduğu mexanizmləri qəbul etmək iradəsi nə qədər ciddi olarsa, yekun razılığa gəlmək üçün vaxt bir o qədər qısa olar.
Rusiyanın Vyana danışıqlarındakı nümayəndəsi Mixail Ulyanov çərşənbə axşamı İranın müzakirə heyətinin rəhbəri Əli Baqiri ilə görüşüb.