İngiltərənin yeni sanksiylarına cavab verəcəyik
Rusiyanın xarici işlər naziri Londonun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməsini “təcavüzkar bir hərəkət” adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Qərbin rus qüvvələrin bu ölkə ərazisində yerdəyişməsini istəməsini “təəssüf mənbəyi” adlandırıb. Bildirib ki, Qərb ilə müzakirə, eşitmə qabiliyyəti olmayan bir şəxslə söhbət etmək kimidir, yəni qulaq asır, amma eşitmir.
Amerika və onun müttəfiqləri son zamanlar Ukraynada hərbi addımlar atacağı təqdirdə, Rusiyanı/ ixracata nəzarət tədbirlərinin gücləndirilməsi,/ istiqraz vərəqələri bazarına və SWIFT-ə əlçatanlığın bağlanması,/ enerji sektorunu və bankları sanksiya etməklə hədələyiblər.
İngiltərənin yeni sanksiyalar planı/ enerji, maliyyə, nəqliyyat, kimya və hərbi sahələrə şamil olan Rusiyanın strateji sektorlarında fəaliyyət göstərən şirkətlərə qarşı məhdudiyyətlərin tətbiqini mümkün edir.