Hindlər məktəblərdə hicab qadağasına etiraz ediblər
Məktəblərdə islami hicabın qadağan olunması Hindistanın cənubunda müsəlmanların etirazını doğurub və xeyli sayda insanı bu qərara etiraz olaraq, küçələrə çəkib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu qadağa Hindistanın cənubi əyaləti olan Karnatakada müsəlmanların hiddətinə səbəb olub. Etirazçılar deyirlər ki, bu addım baş nazir Narenda Mudinin millətçi Hindistan hökumətində müsəlmanlara qarşı əzab-əziyyəti artırmaq istiqamətində atılıb.
Sosial şəbəkələrdə yayılan təsvirlərə əsasən, əllərində Hindistan bayrağını tutan bu ölkə xalqından yüzlərlə nəfər Karnataka əyalətinin azı iki şəhərində aksiya keçirib.
Ötən ay bir dövlət məktəbinin şagirdlərinə göstəriş verildi ki, hicaba malik olmasınlar. Bu hökm tez bir zamanda əyalətin azı iki təhsil müəssisəsinə yayıldı.
Hindistanın müsəlman azlığının üzvləri deyirlər ki, baş nazir Narenda Mudinin millətçi hökumətinin hakimiyyəti ələ keçirdiyi zamandan bəri onlara qarşı işgəncələr artıbdır.