Fev 14, 2022 12:26 Asia/Baku
  • Rusiya Qərb dövlətlərini provakasiyanı şiddətləndirməkdə ittiham edir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-la Rusiyanın ikitərfli münasibətləri faktiki olaraq yerdə sürünür və hazırda ikitərəfli münasibətlər çox aşağı səviyyədədir.

SəhərAzəri-nin məlumatına əsasən, bu açıqlama Amerika prezidenti Co Baydenin Ukrayna hadisılərinə dair şərhindən bir gün sonraya təsadüf edir. O demişdir ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır.

Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək.

Bu arada rusiyalı politoloq, publisist, “Geopolitika” qəzetinin baş redaktoru Leonid Savin xəbərdarlıq edib ki, Baydenin bəyanatı Ukrayna ordusunun NATO təlimatçılarının dəstəyi ilə Minsk razılaşmalarını pozaraq Donetsk və Luqansk ərazilərini işğal edə biləcəyi qorxusunu təsdiqləyir.

Donbassın əslində Ukrayna ərazisi olduğunu dilə gətirməkdən çəkinən rus politoloq qeyd edib ki, belə cəhdlər baş verərsə, bu, “soyqırım planı” olacaq və Rusiya Ukraynanı sülhə məcbur etmək üçün müdaxiləyə məcbur olacaq.

Politoloqun qənaətincə, Ukrayna hərbçilərinin davranışları, ABŞ və NATO-dan silah tədarükü ilə bağlı məlumatlar həyəcanvericidir. Ona görə də Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə olmasında haqlıdır və bu, Rusiyanın suveren işidir.

Müşahidəçilər bildirirlər ki, ABŞ və NATO Rusiyanın Ukraynaya mümkün müdaxiləsini bəhanə edərək, uzunmüddətli hədəflərinə çatmaq üçün Rusiya sərhədləri yaxınlığında NATO qoşunlarının, hərbi texnikasının və obyektlərinin yerləşdirilməsinin təmin edilməsi kimi addımlar atırlar. Bu isə birbaşa Moskvanı Şərqi Avropada münaqişəyə cəlb etməyin yolu ola bilər.  

Moskva bu yaxınlarda ABŞ və Şimali Atlantika Alyansına Ukraynanı NATO-ya daxil etmək planından vaz keçmək, qoşunlarını Şərqi Avropadan çıxarmaq və Avropadakı hərbi mövcudluğunu azaltmaq barədə rəsmi təkliflər verib. Lakin NATO-nun şərqə doğru genişlənmə siyasəti fonunda milli təhlükəsizliyin qorunmasına köklənən bu tələblər Vaşinqton və NATO-nun mənfi reaksiyası ilə üzləşib.

Əslində, Şərqi Avropadakı ağır təhlükəsizlik vəziyyətinə, xüsusən də Rusiya-Ukrayna sərhədindəki qırmızı vəziyyətə görə əsasən ABŞ-ın rəhbərlik etdiyi blok məsuliyyət daşıyır. Sözsüz ki, Kreml Qərbin təhlükəsizlik tələblərinə biganə qalmasına göz yummayacaq və xüsusilə Ukrayna məsələsində buna cavab verəcək. Təbii ki, Rusiya dəfələrlə Ukraynaya hücum etmək niyyətində olmadığına bildirib. Bununla belə Rusiyanın müharibəyə sürüklənməsi istisna edilmir.

Teqlər