Zelenski Putinlə danışmaq istədiyini bildirib
https://azeri.sahartv.ir/news/dünya-i386446-zelenski_putinlə_danışmaq_istədiyini_bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2022 21:55 Asia/Baku
  • Zelenski Putinlə danışmaq istədiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski CNN və Reutersə birgə müsahibəsində bunun üçün şərtini açıqlayıb.

“Rusiya ilə danışıqların başlaması üçün Ukrayna şəhərlərinin bombalanması dayandırılmalıdır”,-deyə Zelenski bildirib.

“Əsas olan ilk növbədə mülki əhalinin bombalanmasını dayandırmaq və sonra danışıqlar masasına oturmaqdır", - deyə Zelenski vurğulayıb.

Volodimir Zelenski bu müsahibədən öncə ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb. Bu barədə Zelenski Tvitterdə bildirib. Telefon danışığında Rusiyaya qarşı sansiyalar və Ukraynaya kömək müzakirə edilib.