Çin qınadı; ABŞ Hind-Sakit Okean NATO-su qurmaq istəyir
-
Vanq Yi
Çin dəfələrlə ABŞ-ın Hind-Sakit okean regionunda keçən il formalaşan AUKUS Təhlükəsizlik Alyansı kimi yeni hərbi ittifaqlar yaratmaq cəhdlərini pisləyib və bunun regional silahlanma yarışına gətirib, çıxaracağı barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Çinin xarici işlər naziri Vanq Yi deyib: "Vaşinqton Hind-Sakit okean NATO-sunu qurmağa çalışır; Hansı ki, ABŞ-ın rəhbərlik etdiyi hegemonluq sisteminə "eksklüziv klublar" vasitəsilə ASEAN kimi regional əməkdaşlıq arxitekturasına xələl gətirmək imkani verir.
Vanq Yi keçirdiyi mətbuat konfransında ABŞ-ın Hind-Sakit okean strategiyasının əsl məqsədinin regionda NATO versiyasını formalaşdırmaq olduğunu söyləyib.
Çinin xarici işlər naziri "bəzi qüvvələri" iddia edilən Çin təhlükəsi ilə bağlı təbliğat aparmaqda ittiham edib və vurğulayıb: "Çin Xalq Respublikası Asiya-Sakit Okean regionunu geosiyasi rəqabət üçün şahmat taxtası kimi görmür, bəlkə əməkdaşlıq üçün perspektivli bir bölgə kimi görür.
Vanq Yi Çinin regional reallıqlara və müvafiq tərəflərin ehtiyaclarına cavab verən bütün təşəbbüsləri alqışladığını, qarşıdurma və rəqib düşərgələrin yaranmasına səbəb olan bütün hərəkətlərə qətiyyətlə qarşı olduğunu bildirib.