Mart 14, 2022 11:36 Asia/Baku
  • Zelenski NATO-ya xəbərdarlıq edib

Zelenski Qərb dövlətlərindən Ukraynanın hava məkanını bağlamağı tələb edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukraynanın dövlət başçısı bununla bağlı deyib: “Əgər NATO Ukrayna səmasını bağlamasa, Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə də düşəcək. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb. NATO sərhədləri oradan cəmi 20 km məsafədədir”.

O, keçən il NATO-ya etdiyi xəbərdarlığı xatırladıb: “Biz demişdik ki, NATO sərt addımlar atmasa, Rusiya müharibəyə başlayacaq. İndi isə deyirəm ki, Ukrayna hava məkanını bağlamasanız, raketlər NATO ölkələrini hədəf alacaq. Bu, an məsələsidir”, - deyə Zelenski vurğulayıb.

Ukrayna liderinin etirazına cavab olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel El Pais qəzetinə müsahibəsində bəyan edib ki, NATO-nun Ukrayna ətrafında münaqişəyə girməsi üçüncü dünya müharibəsinin başlanğıcına çevrilə bilər.

Qərbin bu kimi izahatı əlbəttə ki, Ukrayna rəhbərliyini qane etmir. Zelenski NATO-nu öz qapılarını Ukraynanın üzünə bağlı saxlamaqda ittiham edərək bir müddət əvvəl demişdi ki, Ukraynanın üzvlüyü ilə bağlı razılaşdırılmış mövqe görmür. Hətta hava məkanın bağlanması mövzusunda da. NATO liderləri üçün xırda olan və ukraynalılar üçün həyati vacib olan belə məsələlərdə.

Teqlər