17 xəstədə koronanın yeni mutasiyası müəyyən edilib
Mart 15, 2022 12:27 Asia/Baku
-
Korona
Koronanın delta və omikron ştammlarının qarışığı olan deltakron ştammı ABŞ-da və Avropada azı on yeddi xəstədə müəyyən edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Ekspertlərin sözlərinə əsasən, təsdiq edilmiş az sayda halın olmasına görə, deltakronun olduqca yoluxucu və ya kəskin xəstəliyə bais olduğunu demək çox tez olardı.
Ümumdünya səhiyyə təşkilatının texniki məsələlər üzrə məsul şəxsi Mariya Van Kerkxove deyib: Biz bu yeni ştammla bağlı epidemiyada və xəstəliyin şiddətində heç bir dəyişiklik müşahidə etmədik. Amma bu sahədə daha çox araşdırma aparılmaqdadır.