Mart 23, 2022 13:30 Asia/Baku
  • “Rusiya NATO-nun üzünə şillə vurub”

Çin mediası Rusiyanın Ukraynada “Kinjal” hipersəs raket sistemindən istifadəsinin NATO-nun üzünə şillə olduğunu yazıb.

SəhərAzəri-nin  “Ren TV”yə istinadən verdiyi xəbərə görə, Huangqiu Shibao qəzeti silahın nüfuzetmə gücünü qeyd edib.

Martın 18-də “Kinjal” raketinin vurduğu anbar Sovet dövründə nüvə silahlarının saxlanması üçün istifadə edilirdi.

Sina.com portalı iddia edir ki, əgər Rusiya raketi hədəfi vura bilməsəydi, o zaman Qərb onun səmərəsizliyi barədə iddialar səsləndirəcəkdi.

"İndi Qərb mediasının, eləcə də Kinjalın həqiqi xüsusiyyətlərini çoxdan şübhə altına alan NATO alyansının deməyə sözü yoxdur. Bu o deməkdir ki, Kinjalın ilk döyüş təcrübəsi uğurlu olub. Ukraynaya vurulan, əslində NATO-nun üzünə şillə oldu”, - sina.com qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hipersəs raketləri ilə Kinjal kompleksindən istifadə etməklə İvano-Frankovsk vilayətində Ukrayna qoşunlarının böyük yeraltı sursat anbarının məhv edildiyini açıqlamışdı.

Teqlər