ABŞ dollarının qlobal ticarətdə payı azalıb
Mart 28, 2022 10:54 Asia/Baku
-
ABŞ dolları
ABŞ valyutasının dünya əməliyyatlarında payı təkcə fevral ayında bir faizdən çox azalıb.
SəhərAzəri-nin məlumatına əsasən, "RT"nin məlumatına görə, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti SWIFT-ə əsasən, dolların istifadəsi SWIFT vasitəsilə həyata keçirilən bütün qlobal əməliyyatlarda 1,07 faiz azalaraq 38,85 faizə düşüb.
Avro ilə hesablaşmaların payı isə əksinə, fevralda 1,23 faiz artaraq 37,79 faizə çatıb.
Çin yuanı da ötən ay azalma ilə müşayiət olunub və onun qlobal hesablaşmalarda payı 0,97 faiz azalaraq 2,23 faizə çatıb.
Eyni zamanda Yaponiya yeninin də qlobal hesablaşmalarda payı azalıb və hazırda 2,71 faiz təşkil edir.