Kreml: Rusiya bu halda nüvə silahından istifadə edəcək
-
Peskov
Rusiya Qərbin Rusiyanın Ukrayna ilə müharibədə nüvə silahından istifadə edəcəyi ehtimalı ilə bağlı iddiasını rədd edərək, deyib: "Rusiua təkcə onun mövcudluğuna qarşı təhdid olduğu halda nüvə silahından istifadə edəcək".
SəhərAzəri-nin məlumatına əsasən, Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın "PBS" telekanalına verdiyi müsahibədə əlavə edib ki, onun ölkəsi Ukrayna müharibəsində nüvə silahından istifadə etmək üçün heç bir əsas görmür.
Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, əməliyyatın hər hansı nəticəsi, əlbəttə ki, nüvə silahından istifadə üçün əsas deyil.
"Bizim təhlükəsizlik konsepsiyamız var ki, çox aydın şəkildə deyir ki, yalnız ölkəmizin mövcudluğuna qarşı təhdid olduqda, təhlükəni aradan qaldırmaq üçün nüvə silahından faktiki istifadə edə bilərik və edəcəyik", – deyə o qeyd edib.
Kremlin sözçüsü, həmçinin qazın qiymətinin Avropa İttifaqı tərəfindən rublla ödənilməsinin vacibliyini vurğulayıb.
Dmitri Peskov deyib: "Avropa İttifaqı qazın qiymətini rublla ödəməkdən imtina edərsə, biz müvafiq qərarlar qəbul edəcəyik".