Dünən gecə Ukraynanın 67 hərbi obyekti məhv edilib
-
Rusiya müdafiə nazirliiyi
Ukraynanın üç şəhərində hava bazalarının məhvinə işarə edən Rusiya müdafiə nazirliiyi biildirib ki, həmin ölkənin iki vertolyotu və 24 pilotsuzu da sıradan çıxarılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya müdafiə nazirliiyi bu gün, ötən sutka ərzində bu ölkə qüvvələrinin keçirdikləri əməliyyatlarda Ukraynanın 67 hərbi obyektinin məhv edilidiyini bildirib.
Nazirliyin bəyanatında deyilir: Qüvvələrimiz Poltava və Dnepropetrovskda ukraynalı qüvvələrə məxsus hava limanlarını məhv etdilər.
Rusiya müdafiə nazirliiyi əlavə edib: Qüvvələrimiz Kremençuk neftayırma zavodundakı bir yanacaq çənini yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərlə məhv ediblər. Bu da ukraynalı qüvvələrə yanacaqçatdırmanın azalmasına səbəb olub.
Nazirliyin bəyanatında daha sonra deyilir: Biz ötən sutka ərzində Ukraynanın 24 PUA-sı və Mİ-24 tipli iki vertolyotunu vurmuşuq. Bu iki vertolyot Sumi rayonunda məhv edilib.
Nazirlik həmçinin qeyd edib ki, Novobaxmutovka istiqamətində irəliləməkdə olan Donetsk qüvvələri ukraynalı qüvvələrlə döyüşüblər.
Bundan qabaq ukraynalı qüvvələrin rusiyalı qüvvələr qarşında irəlilədikllərini iddia edən İngiltərə müdafiə nazirliiyi bildirmişdi ki, ruslar Kiyev ətrafındakı bəzi nöqtələrdən geri çəkilməkdədirlər.