ABŞ Ukraynanı silahlandırmaqda davam edir
https://azeri.sahartv.ir/news/dünya-i387664-abŞ_ukraynanı_silahlandırmaqda_davam_edir
ABŞ Ukraynaya 100 milyon dollar dəyərində əlavə “Javelin” raketləri göndərəcək. Bu ABŞ-ın Ukraynaya ötən ilin avqustundan etibarən sayca 6-cı hərbi ləvazimat yardımı olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2022 07:46 Asia/Baku
  • ABŞ Ukraynanı silahlandırmaqda davam edir

ABŞ Ukraynaya 100 milyon dollar dəyərində əlavə “Javelin” raketləri göndərəcək. Bu ABŞ-ın Ukraynaya ötən ilin avqustundan etibarən sayca 6-cı hərbi ləvazimat yardımı olacaq.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin məlumatına görə “Javelin”lərin yeni partiyasının göndərilməsi ilə fevralın 24-də Ukrayna müharibəsinin başlanmasından bəri ABŞ-ın Ukraynaya göndərdiyi hərbi vasitələrin ümumi dəyəri 1,7 milyard dollara çatacaq.

Pentaqonun mətbuat katibi Con Körbi bildirib ki, yeni ayrılmış maliyyə yardımı Ukraynanın əlavə “Javelin” zirehli vasitələr əleyhinə raketlərinə təcili ehtiyacının qarşılanmasına yönəldiləcək.