Pak Rəzəvi(ə) hərəmindəki terror hücumu pislənib
https://azeri.sahartv.ir/news/dünya-i387762-pak_rəzəvi(ə)_hərəmindəki_terror_hücumu_pislənib
Azərbaycan Respublikası müsəlman birliyi hərəkatı pak Rəzəvi(ə) hərəmində dini elmlər üzrə tələbələrə qarşı terror hərəkətini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2022 09:27 Asia/Baku
  • Hacı Elçin Qasımov
    Hacı Elçin Qasımov

Azərbaycan Respublikası müsəlman birliyi hərəkatı pak Rəzəvi(ə) hərəmində dini elmlər üzrə tələbələrə qarşı terror hərəkətini pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası müsəlman birliyi hərəkatının sədr müavini Hacı Elçin Qasımov öz facebook səhifəsində İmam Rza(ə)-ın pak hərəmində üç ruhaniyə qarşı terror hücumunu İslam düşmənlərinin müsəlmanların birliyi və din alimlərindən qorxmalarının nişanəsi adlandırıb və belə deyib: Dünya bir daha şahiddir ki, müsəlmanlar terrorizmdən ən çox ziyan çəkirlər.

Azərbaycan Respublikası müsəlman birliyi hərəkatının sədr müavini vurğulayıb: Düşmənlər bilsinlər ki, heç vaxt İslam Ümmətinin həqiqəti qarşısında dayana bilməzlər və məğlubiyyətə məhkumdurlar.

Çərşənbə axşamı günü axşam saatlarında bir təkfirçi şəxs İmam Rza(ə)-ın hərəmində bıçaqla üç ruhani zəvvara hücum etdi. Bu hücum nəticəsində iki ruhani şəhid oldu, bir nəfər isə yaralandı.

Hücumçu dərhal həbs edilib, nizam-intizam qüvvələrinə təhvil verildi.